13 aprel 2014 16:55

"Mənə görə futbolda yaş anlayışı nisbidi"

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun aşağı yaş qruplarına idman direktoru təyin olunan hollandiyalı Con van Loen və azyaşlı futbolçularla, onların valideynləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdən sonra Con van Loen klub saytına müsahibə verib:

- Təbii ki, ilk görüşdən başqanla görüşməyimiz gözlənilməz, xoş bir sürpiz oldu. Tahir bəyin məsələyə yanaşma tərzi, pozitiv təşəbbüsləri göstərdi ki, ən azından dəstəyimiz əksik olmayacaq. Bir klubda rəhbərin dəstəyini hiss etmək cox vacibdi. İlk görüşdən başqanla görüşmək, uşaqlar və valideynləri dinləmək, belə qarşılanmanın işimizə motivasiya baxımından əlverişli olduğu qənaətindəyəm.

- Hədəfləriniz barəsində nə deyə bilərsiz?
- Təbii ki, məşhur deyimlə desək, əlimdə sehirli çubuğum yoxdu (gülür). Hər şeyi mərhələli və təməli düzgün qoyulmuş şəkildə hərəkət etməliyik. Aydındı ki, heç nəyi anidən dəyişmək mümkün deyil. Ən vacıbi olan odu ki, söhbət əsnasında hər kəs inkişaf üçün maraqlıdı. 1 il ərzində qarşılıqlı qeyd etdiyim kimi, adım üçün yox, "Qarabağ" üçün bir şeylər etməyə çalışacam.

- Ölkəniz Hollandiya uşaq futbolunun inkişafına görə dünyada seçilir. Maraqlıdı ki, ölkənizdə "alt yapı"ya diqqətin verilməsi, yerli futbolçulara üstünlük verilmə siyasətini Azərbaycanda Tahir Gözəl ilk olaraq "Qarabağ"da tətbiq etdi. Eyni futbol fəlsəfəsinə malik kluba gəlməyinizin sizə əlavə üstünlük verdiyini düşünürsüzmü?
- Hə, söhbət zamanı bu haqda məlumat əldə etdim. Əlbəttə, bu, sevindirici haldı ki, rəhbərlik yerli futbolçuların çox olmasını istəyir. Bu, klubun bir stategiyasının olmasını göstərir. Sistem varsa, mütləq uğur da gələcək. Amma bir şey də var ki, heç nə sabit deyil və hər gün futbol yeni elementlərlə zənginləşir. Və biz də bunun üçün çalışacağıq. Klubun gənclərə etimad göstərməsi onlar üçün bir şansdı. Mənə görə, futbolda yaş anlayışı nisbidi. 15 yaşlı futbolçu istedadı, əzmi imkan verəcəksə, 19 yaşlılardan ibarət komandada oynaması üçün heç bir problem olmamalıdı. Mən özüm "Utrext"in heyətində ilk dəfə meydana çıxdığım zaman 17 yaşım vardı. İnanıram ki, "Qarabağ"da yeni istedadların üzə çıxarılması üçün səmərəli işlər görə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.