13 aprel 2014 16:35

Gözəl: Loenin xarakteri də Qarabağ fəlsəfəsinə uyğundu

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun aşağı yaş qruplarına idman direktoru təyin olunan hollandiyalı Con van Loen və azyaşlı futbolçularla, onların valideynləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdən sonra Gözəl klub saytına müsahibə verib:

- Con van Loenun təyinatını yüksək qiymətləndiririk. O, Hollandiya kimi futbol mədəniyyəti olan ölkədən gəlib. Ölkəsinin yığmasında oynayıb. Zəngin karyeraya malikdi. Loenin ən əsas işi aşağı yaş qruplarında monitorinq təşkil etmək olacaq ki, onun təcrübəsinə əsaslanan fəaliyyəti nəticəsində "alt yapı"da müsbət yöndə dəyişikliklər olacağına inanırıq. Ən xoşuma gələn amil isə Loenin özü üçü burada olmadığını bildirməsi oldu. Bu, onun işinə peşəkar yanaşmasından əlavə xarakterinin də "Qarabağ" fəlsəfəsinə uyğun gəldiyini göstərir.

- Loenin fəliyyətindən nələr gözləyirsiz?
- İlk növbədə maariflənmə. Çünki tədris metodologiyası bizim üçün çox önəmlidi. Loendən ilk növbədə aşağı yaş qruplarımızda olan məşqçilərimizin Avropa məşqçilik prinsiplərinin inteqrasıyanın sürətləndirməsini gözləyirik.

- Sizin Hollandiya futboluna olan özəl sevginizi bilirik. Loenin təyinatını xoş sürpriz kimi dəyərləndirmək olarmı?
- Əlbəttə (gülür). Mənə görə, zamandan asılı olmayaraq Hollandiya futbolu öz estetikasını heç vaxt itirmir. Hər dəfə bu ölkəyə yolum düşəndə hər 2 addımdan bir futbol meydançalarını görəndə, insanların bu oyuna sevgisini sezəndə xoşhallanmamaq mümkün deyil. Əminəm ki cənab Loenin metodikası sayəsində gələcək futbolçularımızda holland futbol fəlsəfəsinin elementlərinin şahidi olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.