13 aprel 2014 16:10

Tahir Gözəl Con van Leon ilə görüşdü

"Qarabağ" rəhbərliyi mütəmadi olaraq aşağı yaş qruplarındakı futbolçular və onların valideynləri ilə görüşlər keçirir. Azerisport.az xəbər verir ki, belə tədbirlərdən biri "Sərhədçi" Olimpiya kompleksində baş tutub.

Hər zaman aşağı yaş qruplarına xüsusi həssaslıqla yanaşan klubun vitse-prezidenti Tahir Gözəl belə bir görüş çərçivəsində məşqçilər, gənc-yeniyetmə futbolçular və onların valideynləriylə bir araya gəlib. Tədbir valideynlərlə görüşlə yanaşı daha bir önəm də daşıyıb. Belə ki, AFFA-nın məlum qərarına bağlı olaraq, "Qarabağ"a da aşağı yaş qruplarına idman direktoru təyin olunub. Hollandiyalı Con van Loen ölkəsində yetərincə tanınmış futbol adamıdı.

Aşağı yaş qruplarıyla görüşdən öncə "Qarabağ"ın başqanı Tahir Gözəllə Loenin tanışlıq prosesi baş tutub. Başqanla holland mütəxəssis arasında 30 dəqiqəlik söhbət olub. Səmimi mühitdə keçən görüşdə Tahir bəy Qarabağ adının mahiyyəti haqqında Loena geniş məlumat verib. "Ayaks"ın sabıq hücumçusu isə öz növbəsində hədəf və məqsədləri barəsində danışıb. Ardınca yuxarıda qeyd olunan görüş baş tutub.

300-ə yaxın uşaq və valideynin iştirak etdiyi tədbiri Tahir Gözəl açıb. Hər kəsi salamladıqdan sonra Tahir bəy Con van Loenu tədbir iştirakçılarına təqdim edib: "AFFA İcrayyə Komitəsinin klubların aşağı yaş qruplarına idman direktoru təyin edilməsi çərçivəsində klubumuza məhz Con Van Loen təyin olunub. Hollandiya millisində dəfələrlə meydana çıxmış və qol vurmuş, ölkəsinin ən məşhur klubu olan "Ayaks"ın şərəfini qorumuş Loenun 1 il ərzində "Qarabağ"ın aşağı yaş qruplarının inkişafı üçün çalışacaq". Başqan Loenun təcrübəsiylə aşağı yaş qruplarında metodiki təkmilləşmə sayəsində aşağı yaş qruplarının yeni inkişaf mərhələsinə qədəm qoyacağına inandığını bildirib. O, hər kəsə avropalı mütəxəssisdən faydalanmağı tövsiyə edib.

Ardınca Con van Loen danışıb. O, nitqində "Qarabağ"a faydalı olmaq üçün çalışacağını bildirib. 1 il ərzində qarşılıqlı anlaşma içində səmərəli fəaliyyətə inandığını ifadə edib. İlk gündəcə belə görüşün keçirilməsindən məmnuniyyətini dilə gətirib.

Ardınca Tahir bəy danışaraq Qarabağ həqiqətləri haqqında Loena məlumat verib. Eyni zamanda bildirib ki, "Qarabağ" 1 ailədi. Uşaqlı, valideynli, məşqçili hər kəs bu adın nəcibliyi uğrunda çalışır. Belə bir ailəyə sahib olduğu üçün qürur duyduğunu ifadə başqan əsas komandanın çempionluğa yaxın olmasını vurğulayaraq bunun yeniyetmələrimiz üçün gözəl stimul olduğunu bildirib.

Daha sonra başqan sözü valideynlərə verib. Səmimi ortam çərçivəsində başqan hər kəsin ailə daxilində danışmaq hüququnun olduğunu ifadə edərək valideynlərdən təkliflərini, iradlarını bildirmələrini istəyib. Ardınca valideynlər danışıblar. Daha çox çıxış edən Qarabağ qaziləri "Qarabağ" ruhunun özəlliyini ifadə edərək, övladlarının məhz Qarabağ ruhuyla böyüməsinin fərqindən danışıblar. Məşqçilərin övladlarına ilk növbədə olan insani qayğısını vurğulayıblar. Eyni zamanda valideynlər başqana aşağı yaş qruplarıyla bağlı təklif və iradlarını bildiriblər. Hər kəsi diqqətlə dinləyən başqan hər detalı diqqətə alacaqlarını və belə görüşləri mütəmadi olaraq keçirərək "Qarabağ" ailə tellərini daha da sıxlaşdıracaqlarını bildirib. Beləcə 1 saat davam edən görüş başa çatıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.