13 aprel 2014 14:42

Şpiçiç: Neftçi onlara müdafiəçinin qol vuracağını gözləmirdi

"İnter"in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi

- Son turda "Neftçi" üzərində qələbə qazandınız (2:1). Bu qələbə barədə nə deyə bilərsiz?
- Vacib oyun idi. Birinci növbədə ilk üçlükdəki yerimizi qorumaq üçün qələbə qazanmalıydıq. Avrokuboklara getmək istəyiriksə, əsas rəqiblərimizdən birini məğlub etməyə borcluyduq. Bu, bizə müyəssər oldu. Maraqlı və gərgin qarşılaşma alındı. Tam layiqli qələbə qazandıq.

- Bu qələbə sayəsində ikinci pilləyə qalxmağınızı nəzərə alsaq, yəqin ki, hədəfiniz də dəyişib...
- Əlbəttə. İndi mövsümü üçüncü yerdə yox, ikinci pillədə də qapaya bilərik. Amma buna görə eyforiyaya qapılmaq lazım deyil. Mövsümün sonuna altı tur qalıb. Bu qələbəni unudub "Bakı" ilə vacib oyuna hazırlaşmaq lazımdı.

- Mövsümə çox pis başlayan "İnter"in gümüş medal qazanması uğurlu nəticə sayıla bilər?
- Fikrimcə, hə. Çünki 5-6 turdan sonra biz sonuncu pillədəydik. O vaxt heç kim avrokuboklar haqda düşünmürdü. İndi isə fərqli situasiya yaranıb. İnanırıq ki, avrokubok zonasındakı yerimizi qoruya biləcəyik.

- Yeri gəlmişkən, "Neftçi"yə hər iki qolu siz vurdunuz. Hansı ki, sol cinah müdafiəçisi üçün bu, nadir hallarda rast gəlinən bir uğurdu...
- (gülür) Yəqin rəqib müdafiəçilərin onlara qol vuracağını gözləmirdi. Düzünü deyim ki, hər oyunda hücumlara qoşulmağa çalışıram. İmkan olduqca da qol vururam.

- Yəqin ki, sizin bu qollarınız Xorvatiya mətbuatının da diqqətindən kənarda qalmayacaq...
- Bilmirəm (gülür). Ola bilər. Prinsipcə, məni orada pis tanımırlar. Əsas komanda istisna olmaqla, bütün aşağı yaş qrupları üzrə yığmalarda çıxış etmişəm.

- Xorvatiyanın AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupa düşməsini nəzərə alsaq, püşkatmadan sonra sizə zəng etməyiblər?
- Xeyr. Amma mümkündü ki, Xorvatiya - Azərbaycan matçı öncəsi ölkənizlə daha çox maraqlanmağa başlasınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.