13 aprel 2014 13:22
Özkarasız Sivasspor Qalatasarayı məğlub etdi
Türkiyə Superliqasında 29-cu turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” doğma meydanda “Qalatasarayı” qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Özakara oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda “Sivasspor” 43 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
