12 aprel 2014 11:44

İnter Neftçiyə, Bakı XL-ə qalib gələcək, Qəbələ xal itirəcək

Futbol mütəxəssisi Vladislav Qədirov TPL-in 30-cu turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:
 
Bakı - Xəzər Lənkəran
“Bakı” tamamilə çempionata kökləndiyi halda, “Xəzər Lənkəran”da hər şey fərqlidir. Lənkəran klublu daha çox Kubokun yarımfinalında “Qəbələ”yə qarşı oyunu düşünür. Beləliklə, hesab edirəm ki, “Bakı” qalib gələcək.
 
Sumqayıt - Simurq
Hazırda “Sumqayıt” elə vəziyyətdədir ki, sonuncu pillədən qurtulmaq üçün qalib gəlməlidir. “Simurq” isə elə rəqibdir ki, onlardan üç xal götürmək olar. Sadəcə, ona görə ki, Zaqatala təmsilçisinin yarış üçün xüsusi tapşırığı yoxdur. Düşünürəm ki, heç-heçə olacaq.
 
Qəbələ - AZAL
Son beş turda “Qəbələ”ni heç tanımaq olmur. Elə AZAL da uğursuz oyun silsiləsi göstərir. Təxmin edirəm ki, Tərlan Əhmədov bu oyunda öz iddialarını göstərmək istəyəcək. Hər iki komandaya çətin olacaq. Heç-heçəyə qoyuluş edirəm.
 
İnter - Neftçi
Bu görüş mərkəzi oyundur. Hər şeyin necə olacağını demək, çətindir. Ancaq “İnter”in evdə oynadığını nəzərə alsaq, mən şübhə edirəm ki, onlar xal itirsinlər. Hesab edirəm ki, “bankirlər” “Neftçi”yə qalib gələcəklər.
 
Qarabağ - Rəvan
Əlbəttə, “Rəvan”ın hazırkı vəziyyətdən çıxmasını istərdim. Ancaq gəlin, hər şeyə real baxaq: “Qarabağ” hazırda ən güclüdür və onların artıq psixoloji yükü yoxdur. Bu mənada ki, onlar böyük xal fərqi ilə liderlik edirlər. “Rəvan” isə diqqətini Kuboka daha çox cəmləyib. Ancaq Ağdam təmsilçisinin bu mövsümdə “Rəvan”a qarşı oyunlarının çətin alındığını nəzərə almamaq olmaz. Düşünürəm ki, heç-heçə görəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.