12 aprel 2014 11:37
İnter derbi öncəsi məşqə çıxdı
Premyer Liqanın 30-cu turu çərçivəsində “İnter” - "Neftçi” matçı baş tutacaq. Azerisport.az xəbər verir ki, "bankirlər" "Şəfa" stadionunda son məşqə çıxıb.
Məşq prosesi 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, zədəli olan Sezar Meza Kolli və Ruslan Əmircanov məşq prosesində iştirak etməyib.
Əlavə edək ki, “İnter” - "Neftçi” matçı saat 17:00-da başlanacaq.
