12 aprel 2014 11:00
AÇ-2020-nin yarımfinal və finalı Türkiyədə keçiriləcək
AÇ-2020-nin yarımfinalları və final oyunu Türkiyədə keçiriləcək. Azerisport.az xəbər verir ki, İngiltərənin “Daily Express” nəşri bu fikrə əminliyini bildirib.
Britaniyalı həmkarlarımız UEFA-da etibarlı mənbəyə istinad edərək, bildiriblər ki, qitənin ən nüfuzlu yarışının, AÇ-2020-nin həlledici oyunları İstanbulda baş tutacaq və bu haqda müvafiq qərar artıq qəbul edilib.
Bu əsnada, qrup və pley-off oyunlarının keçirilmə yeri hələ sual olaraq qalır.
Xatırladaq ki, AÇ-2020-nin oyunları Avropanın 13 şəhərində baş tutacaq. Ölkəmizin paytaxtı Bakı namizədlərdən biridir.
