12 aprel 2014 20:44
Qurban Qurbanov: Azarkeşlərimiz möhtəşəm idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Rəvan” üzərində böyükhesablı qələbəsini (5:1) şərh edib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Ən vacib üç xalımızı qazandıq. Mütləq qələbə qazanmalı idik. İrəlidə çox güclü rəqiblərə qarşı oynayacağıq. Oyunda sürət, yüksək temp var idi. Yaxşı oyun və yaxşı qələbə oldu. Azarkeşlərimiz möhtəşəm idi, sona kimi bizi dəstəklədilər. Qarşıda çətin səfər oyunumuz var, mütləq nəticə əldə etməyə çalışacağıq”.
(PFL)
(PFL)
