12 aprel 2014 20:33
Güvenc Kurtar: Kubokda da belə oynasaq, nəticə qazana bilmərik
“Rəvan”ın baş məşqçisi Güvenc Kurtar PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Qarabağ”a məğlubiyyətini (1:5) şərh edib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
“Məğlub olduqdan sonra danışmaq çətindir. Hər iki komanda oyuna yaxşı başladı. Bizim 3 qol epizodumuz oldu, rəqibin isə iki. “Qarabağ” qol vura bildi, biz isə bacarmadıq. Müdafiədə 6-7 futbolçu ilə oynamağımıza baxmayaraq, böyük hesabla məğlub olduq. Bütün fikrimi kubok oyununa yönəltmişəm. Kubokda da belə oynasaq, nəticə qazana bilmərik. Artıq dünəndən komanda bir yerdədir, kubok oyununa ciddi hazırlaşacağıq. Həm Lukaş Sapela, həm də Kamal Bayramov yaxşı qapıçıdırlar. Qarşıdakı oyunda hansına şans verəcəyimi indidən deyə bilmirəm.”
(PFL)
(PFL)
