12 aprel 2014 18:18
Georgi Çixradze: Oyun ağır keçdi
“Simurq”un baş məşqçisi Georgi Çixradze PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Sumqayıt”la heç-heçəsini (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Oyun ağır keçdi. İkinci hissədə qol vursaq da, sevincimiz uzun çəkmədi. Rəqib hesabı bərabərləşdirəndən sonra bir neçə təhlükəli qol epizodu yaratdıq, lakin bunlardan istifadə edə bilmədik”.
(PFL)
