12 aprel 2014 18:11
Aqil Məmmədov: Futbolçularımdan razı qalmadım
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında “Simurq”la heç-heçəsini (1:1) şərh edib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Bizim üçün vacib oyun idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komanda istədiyimiz oyunu göstərmədi, uşaqlardan razı qalmadım”.
(PFL)
