12 aprel 2014 18:05
Yuri Syomin: Təəssüf ki, nəticə görmürük
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının öz meydanında AZAL-la heç-heçəsini (0:0) şərh edib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də, ilk hissədəki epizodlarda qol vurmalı idik. Oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük. Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudur. Bugünkü oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdır, ustalıq səviyyəsi olmalıdır ki, Kamanan və Subotiç yaradılan qol imkanlarından istifadə etsinlər. Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidir.
(PFL)
