12 aprel 2014 17:40
Mustafa Dənizli: Matçda futbol adına hər şey vardı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli PFL-in 30-cu turu çərçivəsində keçirilmiş oyunda komandasının səfərdə “Bakı” ilə heç-heçəsini (2:2) şərh edib. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Oyun azarkeşlərə zövq verdi. Matçda futbol adına hər şey var idi. 3 xalı qazana bilmədik. Premyer Liqada Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız olmadığı üçün fikrimizi toplaya bilmirik. Kubokda daha uğurlu olmaq üçün bugünkü oyun bizə bir dərs oldu. Premyer Liqa bizim üçün hal-hazırda ikinci planda olduğu üçün əsas heyətin bəzi futbolçularına istirahət verməyim adı haldır”.
(PFL)
