12 aprel 2014 17:11
Xəzər Lənkəran etirazını bildirdi
“Xəzər Lənkəran” TPL-in 30-cu turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyunda baş vermiş bir məqamla bağlı etirazını bildirib. Klubun mətbuat xidmətindən azerisport.az saytına bildirilib ki, oyunun fasiləsi zamanı hakimlər otağına sabiq hakim İlham Əliyev daxil olub ki, bu da, qayda pozuntusudur.
