12 aprel 2014 15:15
Topaz Premyer Liqasında 29-cu turun ən yaxşıları
Topaz Premyer Liqasında 29-cu turun ən yaxşıları məlumdur. Azerisport.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşıları aşağıdakılardır:
Qapıçı – Aqil Məmmədov (Bakı)
Müdafiəçilər – Karlos Kardoso (Neftçi), Brüs Abdulaye (İnter), Elvin Yunuszadə (Neftçi), Arif Daşdəmirov (İnter)
Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Zohair Benouahi (Xəzər Lənkəran), Araz Abdullayev (Neftçi)
Hücumçular – Ernest Nfor (Neftçi), Baçana Sxadadze (İnter)
Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevdir.
