11 aprel 2014 00:30
XL Bakı ilə oyuna itkilərlə hazırlaşır
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı "Bakı" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bu qarşılaşmaya itkilərlə hazırlaşır.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, yarımmüdafiəçi Elnur Abdullayevlə Adrin Pit zədəlidi. Bu üzdən onların "zolaqlılar"la görüşdə iştirakı sual altındadı.
Qeyd edək ki, rumıniyalı yarımmüdafiəçi ümumiyyətlə son aylarda komandasına kömək edə bilmir.
