11 aprel 2014 12:28
Subaşiç ad gününü belə qeyd etdi
Futbol üzrə Türkiyə PTT birinci Liqasında çıxış edən "Orduspor"un şərəfini qoruyan Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin dünən ad günü olub. Azerisport.az xəbər verir ki, komandanın futbolçuları və məşqçi heyəti "Samsunspor"la oyuna hazırlıq çərçivəsindəki son məşqin ardından, 32 yaşlı oyunçunun doğum gününü qeyd ediblər.
