11 aprel 2014 12:12
Bakıya səfər ərəfəsində Dinamo Rusiya Kubokunu qazandı
Aprelin 24-də Bakıda baş tutacaq Futzal üzrə UEFA Kubokunun Dördlər finalının iştirakçılarından biri “Dinamo” Rusiya Kubokunu qazanıb. Azerisport.az xəbər verir ki, “Dinamo” “Qazprom-Yuqra”nı 6:5 hesabı ilə məğlub edərək, səkkizinci dəfə fəxri mükafata sahib olub.
Xatırladaq ki, Dördlər finalında “Dinamo” və ölkəmizin “Araz” komandası ilə yanaşı, Qazaxıstanın “Kayrat” və İspaniyanın “Barselona” komandası mübarizə aparacaq.
