11 aprel 2014 00:14
Atletikodan azərbaycanlı nazirlərə forma hədiyyəsi
Madrid "Atletiko"su Çempionlar Liqasındakı qələbədən sonra Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədova üzərində adları yazılan formalar göndərib. "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun azerisport.az saytına verdiyi məlumata görə, artıq Ramin Musayevin forması özünə təqdim olunub.
Qeyd edək ki, "Bakı" klubu "Atletiko" ilə əməkdaşlıq müqaviləsini 2015-ci ilin mayına qədər artırıb. Razılaşmaya əsasən, Madrid futbolçuları meydana üzərində "Azərbaycan Land of Fire" yazılan formalarda çıxır.
