11 aprel 2014 00:05
Cavadov: ABŞ-la oyun sadəcə, futbolçuları yoxlamaq baxımından önəmlidi
Veteran futbolçu İsgəndər Cavadov futbol üzrə milli komandamızın mayın 28-də səfərdə ABŞ millisiylə keçirəcəyi yoldaşlıq görüşü barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bu oyunun nəticəsinin vacib saymadığını dilə gətirib:
"ABŞ nə qədər güclü olsa da, yoldaşlıq matçı rəsmi görüşlərdən fərqlənir. Bu oyun sadəcə, futbolçuları yoxlamaq baxımından önəmlidi. Güclü rəqiblə oynamağımız yaxşı haldı. Amma millimiz rəsmi görüşlərdə nəticə qazanmağı bacarmalıdı. Əsas rəsmi oyunlardı".
