11 aprel 2014 11:44
Qliqorov: Rəvan Neftçini üstələsə, deməli, finala layiq komandadır
“Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqoqov azerisport.az saytına müsahibəsində çempionatda köklənməyə səbəb qalmadığından, ümidlərinin Azərbaycan Kubokuna yönəlməsindən danışıb:
- Son turda “Qəbələ” üzərində qələbə qazandığınız oyunu kubokdakı matça hazırlıq kimi qiymətləndirmək olar. “Xəzər Lənkəran”ın qələbəsində hansı amil əsas rol oynadı?
- Biz komanda oyunu nümayiş etdirərək hər görüşə qələbə üçün çıxırıq. “Qəbələ” ilə görüş bizim üçün həm də Azərbaycan Kubokundakı oyuna hazırlıq idi. Sadəcə, bu oyunun yarımfinaldakı görüşlərə aidiyyəti yoxdur. Kubokdakı oyunlar tam fərqli olacaq. Çempionatdakı hər qələbəyə 3 xal verilir. Kubokda isə iki oyunun nəticəsinə görə finala çıxmaq mümkündür. “Xəzər Lənkəran” olaraq, kubokun vacibliyi barədə danışmağa ehtiyac yoxdur. Mövsümün uğursuzluğunu yalnız belə unutdurmaq olar.
- “Xəzər Lənkəran” Azərbaycan Kubokunda finala vəsiqə qazanmasa, avrokuboklardan kənarda qalacaq...
- Bizim üçün Azərbaycan çempionatı başa çatıb. Bütün ümidimiz Azərbaycan Kubokunadır. Rəqibimiz də kifayət qədər güclü komandadır. Bununla belə, məqsədimiz finala adlamaqdır. Çempionatda artıq heç bir şansımız yoxdur. Buraxılmış səhvlər bizi əsas mübarizədən kənarda qoydu. Heç olmasa, Kubokda sona qədər irəliləmək lazımdır.
- Əgər finala çıxsanız rəqibiniz ya “Neftçi”, ya da “Rəvan” olacaq. Siz hansı komanda ilə görüşmək istərdiniz?
- Biz hələ finala vəsiqə qazanmamışıq. Bu işin öhdəsindən gələndən sonra danışmaq olar. Rəqiblərə gəlincə, bizim üçün o qədər vacib deyil. “Neftçi” daha təcrübəlidir. Amma əgər “Rəvan” “Neftçi”ni sıradan çıxarsa, deməli, finala layiq komandadır və güclüdür. Ona görə finalda olmasından asılı olmayaraq, hər bir komanda qələbəyə şanslı sayılır.
- Həftəsonu “Bakı” klubunun qonağı olacaqsınız. Rəqibi favorit saymaq olar?
- Şanslar bərabərdir. “Bakı” son zamanlar yaxşı futbol oynayır. Lənkərandakı görüşdə bizi məğlub etdilər. İndi biz də səfərdə qələbə qazanmaq istərdik. Heç kimə asan olmayacaq. Üstəlik, rəqib üçün qazanılan 3 xal daha vacib olacaq. Çünki, “Bakı”nın medal şansları qalmaqdadır. Bununla belə, biz paytaxtdan qələbə ilə ayrılmaq istəyirik.
- “Bakı” “Xəzər Lənkəran” üçün uğurlu rəqib sayılmır. Adətən cənublular paytaxt təmsilçisinə qarşı oynamaqda çətinlik çəkir...
- Statistika barədə düşünmürəm. “Bakı” klubunun yaxşı heyəti var. Bəzi oyunlarda bəxtimizin gətirməməsi, qələbə qazanmağımıza mane olur. Həftəsonu oyun həm də “Qəbələ” ilə kubok ərəfəsində son görüşdür. Biz istəyirik ki, qələbə qazanmaqla yarımfinal görüşünə daha yüksək əhval-ruhiyyədə çıxaq. Hər zaman son anda toparlanaraq, vacib qələbə qazanmağı bacarmışıq. Bu dəfə də belə olacaq.
- Mövsümün sonunda “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazanmasa, təqsirkar kim olacaq?
- Bu suala cavab verə bilmərəm. Mən futbolçuyam. Komandanın siyasətini rəhbərlik müəyyənləşdirir. Mövsümə rəhbərlik qiymət verəcək.
- Əgər qərara alınsa ki, yayda komandanı tərk etməlisən, bununla razılaşacaqsan?
- Bu məsələləri mən həll etmirəm. Ona görə rəhbərliyin mövqeyi daha vacib və həlledicidir. Mən yalnız çempionatla bağlı suallara cavab verə bilərəm.
- Turnir cədvəlindəki ilk üç pilləni tutan komanda barədə fikirlərin...
- Cari mövsüm çətin oyunlarla zəngin oldu. Əgər hər hansı bir komanda ilk üçlükdə qərarlaşıbsa, deməli, buna layiqdir. “Qarabağ” mövsümü yüksək səviyyədə keçirir. Bütün güclü rəqiblərlə oyunlarda 3 xal qazanır. Ona görə liderliyə layiqdirlər. Digər komandalar barədə də bunları demək olar.