11 aprel 2014 19:19
Qvido Loyyaza: İstəmirik ki, qapıçımız Azərbaycan çempionatına keçsin
Boliviyanın “Bolivar” klubunun prezidenti Qvido Loyyaza bildirib ki, “Paçuka”, “Krus Asul” və Monterrey” kimi klubların maraq dairəsində olan qapıçı Romel Kinyonesi Azərbaycan klubuna satmaq niyyətində deyil. Azerisport.az xəbər verir ki, Loyyaza Boliviya KİV-nə bunları söyləyib:
“Bəli, “Paçuka” və daha bir klub Kinyoneslə maraqlanır. Yeganə istədiyimiz budur ki, o, Azərbaycan, Özbəkistan və bu kimi digər çempionatlara keçsin. Biz onun üçün ən yaxşısını istəyirik və düşünürəm ki, buna nail ola biləcəyik”.
