11 aprel 2014 17:17

Vladimir Levin: Təqsirkar kimdir? Haradasa, məşqçi səhv edib, haradasa, futbolçu qaçıb çatmayıb

“Qəbələ”nin müdafiəçisi Vladimir Levin azerisportr.az saytına müsahibəsində mövsümün ikinci yarısında uğursuz çıxışdan sona komandadakı vəziyyət haqda danışıb:

- Yumşaq desək, uğursuz çıxışdan sonra komandadakı ab-hava necədir?
- Əhvalımız təlx olub. Bu, təbiidir. Nə qədər bayağı səslənsə də, psixoloji vəziyyəti dəyişmək üçün, qələbə qazanmaq lazımıdır. Əslində, bizimlə nə baş verdiyin heç kim anlamır. Qaldı ki, fövqəladə heç nə baş vermir. Döyüşmürük, mübahisə etmirik.

“Dalaşmırıq, mübahisə etmirik” haqda şübhə etmək lazım gəlir. Ən azı, komandanın düşərgəsindən ziddiyyətli xəbərlər gəlir və həmçinin də, oyunçuların mətbuatda çıxışlarında bu haqda deyilmir. Siz hesab edirsiniz ki, komandada yerli futbolçularla legionerlər arasında problemlər yoxdur?
- Komandanın düşərgəsindən məlumatlar çox şişirdilib. Futbolçuların deyimlərinə gəlincə, onda, bunlar hamısı isti izlər ilədir, hisslərin təsirində deyilib.  Deməzdim ki, legionerlərlə yerli futbolçular arasında münasibət pisdir. Ən azı, mətbuatın yaxdığı kimi pis deyil. 80-90% həqiqətə uyğun deyil. “Qəbələ” haqda bütün bu məlumatlar nəticəsizlikdən doğur. Hamı problemlər axtarmağa başlayır.

- Bu halda, mövsümün ikinci yarısında komandanın uğursuz çıxışında təqsirkar kimdir - Yuri Syomin, legionerlər və ya yerli futbolçular?
- Komandanı üç hissəyə bölməzdim. Bu, hamının təqsiridir. Haradasa, məşqçi yanılıb, haradasa isə, futbolçu qaçıb çatmayıb və s.

- Hər turdan sonra mətbuatda Yuri Syominin istefası haqda danışılır, az qala, hər həftə yeni namizəd haqda söhbət gedir. Siz bütün bunlar barədə nə düşünürsünüz?
- Ümumiyyətlə mən düşünürəm ki, mövsümün sonuna qədər nəyisə dəyişməyin mənası yoxdur. Klubda mümkün istefa və hər hansı namizədlər haqda heç kimsə danışmır.

- Bəs Syomin özünü gələcək işi haqda komandaya nə isə deyib?
- Yuri Palıç bizə heç nə deməyib.

- Bu oyunla heç olmasa, AZAL-ı məğlub etmək olar?
- Bizim həqiqətən pis oyunlarımız olub. Ancaq məsələn, “Xəzər Lənkəran”a məğlub olduğumuz oyun ümid verir. AZAL-ı məğlub etmək və digər oyunlarda da xallar qazanmaq olar. Mənim ümidim var ki, biz hazırkı vəziyyəti dəyişə biləcəyik.

- Nəyə nail olacaqsınız?
- Hələ çoxlu xallat oynanılacaq və biz üçüncü pilləyə hələ də qayıda bilərik. Komanda liderlər qrupunda olanda, dördüncü pillədən səkkiz xallıq fərqimiz vardı. İndi dördüncü pillədən yeddi xal geri qalırıq. “Qəbələ” 15 xallıq üstünlüyü itirib. Düşünürəm ki, əldən verdiyimizin yarısını qaytara bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.