11 aprel 2014 16:33
Yunis Hüseynov: Ruslanın Azərbaycan çempionatına qayıtmasını istəmirəm
Veteran futbolçu Yunis Hüseynov azerisport.az saytına açıqlamasında "Rubin"in futbolçusu Ruslan Abışovun Azərbaycana qayıtmasını istəmədiyini deyib:
"Abışovun bəxti gətirmədi. Əgər keçmiş baş məşqçi Kurban Beydıyev komandada qalsaydı, indi tam fərqli olacaqdı. O, Ruslana şans verəcəkdi. İndiki halda, Azərbaycana qayıtmasını istəmirəm. Təklif varsa, Rusiyanın başqa klubda, eləcə də, digər ölkədə oynasın. Yenidən bizim çempionata qayıtmasın".
