11 aprel 2014 16:16
Uşaq futbolu ilə bağlı festival keçirildi
AFFA-nın İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən AFFA tərəfindən AZAL klubuna təyin edilmiş idman direktoru Deril Uillardın (Daryl Willard) təşəbbüsü ilə klubun bazasının yerləşdiyi ərazinin əhatəsində olan orta məktəblərdə uşaqların futbola cəlb olunması üçün festivallar təşkil olunur. Azeripsort.az xəbər verir ki, 2002/03/04/05-ci il təvəllüdlü 100-dən artıq uşağın iştirak etdiyi futbol festivalında 21 uşaq seçilərək AZAL klubunun müvafiq yaş qrupundan ibarət komandasına dəvət olunub.
Növbəti festivalların aprelin 14-də və 15-də Binə stadionunda təşkil olunması nəzərdə tutulub.
(AFFA)
