11 aprel 2014 15:55
Tərlan Əhmədov: Qəbələyə məğlubiyyət dalınca gəlməmişik
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov TPL-in 30-cu turunda “Qəbələ”yə qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib:
“Rəqibin yaxşı oyunçu seçimi var. Nəticələrə rəğmən, deməzdim ki, “Qəbələ”nin oyununda naqislik var. Unutmayın ki, onlar iki cəbhədə vuruşurlar. Ancaq biz də məğlubiyyət dalınca gəlməmişik”.
