11 aprel 2014 15:40
ÇL-də yarımfinal cütləri bəlli oldu
Qitənin ən nüfuzlu klub turniri Çempionlar Liqasında yarımfinal cütlüklərinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu mərhələdə püşk İspaniya nəhəngi “Real”ı (Madrid) turnirin sonuncu qalibi “Bavariya” ilə rəqib edib.
İki əsas favoritin bu mərhələdə qarşılaşması diqqət çəkib.
Digər ispan klubu “Atletiko” isə yarımfinalda “Çelsi”yə rəqib olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal
Real (Madrid, İspaniya) – Bavariya (Almaniya)
Atletiko (İspaniya) – Çelsi (İngiltərə)
