11 aprel 2014 15:33
Güvənc Kurtar: Əgər Qarabağla bacarsaq, Neftçini də keçərik
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında TPL-in 30-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyundan danışıb:
“Bizi çətin oyun gözləyir. “Qarabağ” Premyer Liqanın ən yaxşı komandasıdır. Bu oyunu Kubokda “Neftçi”yə qarşı keçiriləcək yarımfinal oyunu ərəfəsində əsas məşq hesab edirəm. Ağdamlıların öz oyun üslubuna görə “Neftçi”nin liderləri Araz Abdullayev və Flavinyoya bənzər Leroy Corcu və Reynaldosu var. Əgər “Qarabağ”la bacarsaq, “Neftçi”ni də keçərik”.
