11 aprel 2014 15:27
Avroliqanın yarımfinalında İspaniya dueli
Avropa Liqasında yarımfinal cütlüklərinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, finalda bir ispan təmsilçisinin olacağı dəqiqləşib.
Çünki iki İspaniya təmsilçisi “Sevilya” və “Valensiya” eyni cütlükdə yer alıb. Portuqaliya təmsilçisi “Benfika” isə yarımfinalda “Yuventus”la düşüb.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.
Avropa Liqası
Yarımfinal
Sevilya (İspaniya) – Valensiya (İspaniya)
Benfika (Portuqaliya) – Yuventus (İtaliya)
