11 aprel 2014 15:15
AZAL Qəbələyə itkilərlə gəldi
AZAL TPL-in 30-cu turu çərçivəsində “Qəbələ” ilə oyunda iştirak etmək üçün şimal bölgəsinə gəlib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in heyətində itkilər var.
Müxtəlif səbəblərdən AZAL-ın üç futbolçusu - Cavid Tağıyev, Orxan Səfiyaroğlu və Axtam Xamrokulov “Qəbələ”yə qarşı keçiriləcək oyunu buraxacaqlar.
