11 aprel 2014 14:44
İnterin prezidenti İnter Arenaya planları haqda danışdı
“İnter”in prezidenti Georgi Nikolov komandanın ev stadionunun yenidənqurma planları haqda fikirlərini azerisport.az saytına bildirib:
“Biz arenanın yenidənqurma planını işləmişik. Arena tezliklə “İnter Arena” adlanacaq. Ümid edirik ki, ilin ikinci yarısından arenanın yenidənqurma işlərinin ikinci mərhələsi üzrə işlərə başlayacağıq. Bu, ilk növbədə dördüncü tribunanın inşasıdır. Tribuna birinci ehtiyat meydanın yerində olacaq. Büt6ün məşq meydanları dəyişikliyə uğrayacaq. Tennis kortları tam məşq meydanlarına çevriləcək. Dam örtüklü meydanımız da olacaq. Burada istənilən hava şəraitində məşq etmək mümkün olacaq. Biz idmançılar üçün mehmanxananı da yenidən quracağıq. Burada hər bir şərait olacaq”.
