11 aprel 2014 02:35

Avroliqada yarımfinalçılar bəlli oldu

Çempionlar Liqasından sonra ötən gecə Avropa Liqasında da bütün yarımfinalçıların adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, mərhələnin bütün oyunları eyni gündə baş tutub.
 
Turnirin əsas favoriti sayılan “Yuventus” ilk matçda səfərdə minimal hesabla məğlub etdiyi Lion “Olimpik”ini qəbul edib. Bu oyunda “Yuve”nin yarımfinala vəsiqəni təmin edəcəyi gözlənilirdi ki, Turin təmsilçisi çətin qələbə sayəsində istəyinə çatıb.

Eynilə “Alkmaar” və “Benfika” arasındakı ilk qarşılaşmada da qonaqlar 1:0 hesablı qələbəyə sevinmişdi. Odu ki, evində hesabın verdiyi rahatlıqla oynayan “Benfika” cütün favoriti sayılırdı. Portuqaliya təmsilçisi doğma meydanda daha inamlı qələbə qazanaraq, yarımfinala yüksəlib.
 
Daha bir 1:0 hesabı ilə bitən matç “Portu” – “Sevilya” görüşü idi. Portuqallar evdə qələbə qazansa da, bu hesab onları rahatlaşdıra bilməzdi. Çünki “Sevilya”nın vuracağı bir qol hər şeyi dəyişə bilərdi. Amma İspaniya təmsilçisi 1 yox, qonaq komandaya düz 4 qol vurdu ki, bu da bir qədər gözlənilməz hesab oluna bilər. Hər halda möhtəşəm qələbə "Sevilya"nı Avroliqanın yarımfinalına çıxarmış oldu.
 
"Valensiya" – “Bazel” görüşündə isə yarımfinalçının qonaqlar olacağını rahatlıqla söyləyənlər çox idi. Çünki ilk matçda isveçrəlilərin 3:0 hesabı ilə qalib gəlməsi belə deməyə əsas verirdi. Amma İspaniya klubu gözlənilmədən öz meydanında bu qolların əvəzini çıxmağı bacardı. 90 dəqiqədə cütün qalibi müəyyənləşmədiyindən əlavə vaxta ehtiyac duyulub. Məhz bu yarım saat ərzində daha iki qol vuran "Valensiya" son yarımfinalçı olub.
 
Avropa Liqası
1/4 final
(cavab oyunları)
10 aprel

Benfika (Portuqaliya) - AZ Alkmaar (Hollandiya) - 2:0 (İlk oyun 1:0)
Qollar: Rodriqo, 39; 71.

Valensiya (İspaniya) - Bazel (İsveçrə) - 5:0 (İlk oyun 0:3)
Qollar: Alkaser, 38; 70; 113, Varqas, 42, Bernat, 118.

Sevilya (İspaniya) - Portu (Portuqaliya) - 4:0 (İlk oyun 0:1)
Qollar: Rakitiç, 5-pen, Vitolo, 26. Bakka, 29, Qameyro, 79.

Yuventus (İtaliya) - Olimpik (Lion, Fransa) - 2:1 (İlk oyun 1:0)
Qollar: Pirlo, 4, Markizio, 68 - Briand, 18.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.