11 aprel 2014 13:44
Foqts və köməkçiləri 30-cu turun oyunlarını izləyəcəklər
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXX turunun "Bakı" - "Xəzər Lənkəran" və "İnter" - "Neftçi" oyunlarını izləyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçinin köməkçiləri - Aslan Kərimov "Sumqayıt - Simurq" matçını, Mahmud Qurbanov isə "Qarabağ" - "Rəvan" qarşılaşmasını izləyəcəklər.
(AFFA)
