11 aprel 2014 01:01
UEFA Bakıya göndərəcəyi 4 hakimin adını açıqladı
Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun Dördlər finalının oyunlarını idarə edəcəklər hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA Azərbaycana aşağıdakı 4 hakimi göndərməyə qərar verib:
Mark Birkett (İngiltərə)
Alessandro Malfer (İtaliya)
Eduardo Koelyo (Portuqaliya)
Borut Siviç (Sloveniya)
Qeyd edək ki, yarımfinalın ilk oyunu aprelin 24-də "Sərhədçi" İdman Kompleksində keçiriləcək. Azərbaycan çempionu "Araz" İspaniya "Barselona"sı ilə qarşılaşacaq. Digər yarımfinal görüşü isə Rusiyanın "Dinamo" və Qazaxıstanın "Kayrat" klubları arasında baş tutacaq.
