10 aprel 2014 12:44
Petrjela: Azərbaycanda mən ümumiyyətlə kazino oynamamışam
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela bildirib ki, “Flaqman”ı çalışdırarkən, kazino oynamayıb. Azerisport.az xəbər verir ki, Petrjela bunları söyləyib:
“Azərbaycan mən ümumiyyətlə, oynamamışam. Orada nə ruletka, nə də kazino var. Evdə pullarım vardı. Mən işləmək istəmirdim, arvadımla mübahisə etdim. Evdən getdim, özümə yeni ev aldım. Bu, çox ağır dövr idi... Ancaq indi hər şey yaxşıdır. Biz yeni gözəl kənd salmışıq (Petrjela məhz bu termini işlədib: “kənd”, - red.). Yaxşı, sakit həyat başlayıb! Mən işləyirəm, mən xoşbəxtəm!”.
(bobsoccer.ru)
