10 aprel 2014 12:35

"Rəvana və Azərbaycana faydalı olmaq üçün buradayam"

Azerisport.az sizi AFFA tərəfindən "Rəvan”da uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru təyin edilən Peter Neuştadterin müsahibəsi ilə tanış edir.

- Azərbaycana gəlişinizin təfərrüatını bilmək maraqlı olardı. AFFA ilə əməkdaşlığa başlamağınız necə alındı?
- Almaniya Futbol Federasiyasında çalışan tanışımın vasitəçiliyi sayəsində buradayam. Onun vasitəsi ilə Azərbaycanın 21 yaşadək gənclərdən ibarət yığmasına rəhbərlik edən həmyerlim Bernard Lippertlə görüşdüm və o, mənə ölkənizdə çalışmağı təklif etdi. Bildirdi ki, Azərbaycanda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktorlarına ehtiyac var. Mənim qismətimə "Rəvan” düşdü. Beləliklə, 2 illik müqaviləyə qol çəkdim.

- Almaniyalı olsanız da, Qırğızıstanda doğulmusunuz, Qazaxıstan millisinin şərəfini qorumusunuz, Rusiya, Ukrayna kimi ölkələrdə top qovmusunuz. Lakin məşqçilik karyeranız yalnız Almaniya ilə bağlıdı...
- Əslində, Azərbaycan mənim üçün yad ölkə deyil. Həyatımın böyük hissəsi SSRİ ilə bağlıdır. Orada doğulmuşam, oynamışam, lakin məşqçi kimi Almaniyada çalışmışam. Rusiyanın "Zenit”, Vladiqafqaz "Spartak”ında, Ukraynanın "Dnepr”, "Tavriya”, Qazaxıstanın "Kayrat”, Almaniyanın "Çemnitser”, "Maynts” klublarında top qovmuşam. 2005-2010-cu illərdə "Maynts”ın ikinci komandasının baş məşqçisi olmuşam. 2012-ci ildən isə Almaniyanın Cənub-Qərb Regional Liqasında mübarizə aparan "Tus Koblents”ə rəhbərlik edirdim. Həmçinin bu klubun idman direktoru idim.

- İndiyə qədər Azərbaycanda olmuşdunuz?
- Bəli. Özü də, 30 il öncə. "Zenit”in əvəzedici komandası ilə Sumqayıtda oynamışdıq. Lakin düzünü deyim ki, Azərbaycan futbolu ilə bağlı elə çox məlumatım yox idi. Berti Foqts millinizin baş məşqçisi təyin olunandan sonra maraqlanmağa başlamışam.

- AFFA qarşınıza hansı tələbləri qoyub?
- Azərbaycana, "Rəvan”a faydalı olmaq üçün buradayam. Uşaq və yeniyetmə futbolçuların inkişafı üçün öz təcrübəmi sizin məşqçilərlə bölüşməliyəm. Əsas məqsədimiz buradakı futbolu Avropa səviyyəsinə qaldırmaqdı. Düşünürəm ki, bizdə alınacaq. Çünki burada bir çox müsbət şeylər gördüm. Artıq xeyli iş görmüsünüz. "Rəvan”ın yaxın günlərdə istifadəyə veriləcək bazasını çox bəyəndim. Klub uşaq futbolunun inkişafı üçün gözəl şərait yaradıb ki, bu da işimizi daha da asanlaşdırır. "Rəvan” klubunda çalışacağımdan məmnunam və əminəm ki, işimizin bəhrəsini görəcəyik. Rus dilini bilməyim həm mənim, həm də klub üçün əlavə üstünlükdü.

- Uşaq və yeniyetmə futbolçularla işləyən məşqçi olmağınız ailənizdən də yan keçməyib. Oğullarınız yolunuzu davam etdirirlər...
- Elədi, hər iki oğlum futbola bağlıdı. Yəqin ki, birini yaxşı tanıyırsınız – Roman Neuştadter. O, "Şalke” klubunun əsas heyət üzvüdü və Almaniya millisinin formasını geyinir. Digər oğlum isə "Tus Koblents”də yanımda idi, indi Amerikaya getməyi düşünür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.