10 aprel 2014 11:33
Əmrah Çelikel: Holland mütəxəssisdən müsbət qazancımız olacaq
“Qarabağ”ın idman direktoru Əmrah Çelikel azerisport.az saytına müsahibəsində uşaq futbolu üzrə idman direktoru və çempionluğu bayram etmək haqda fikirlərini bölüşüb:
- Yeni idman direktoru Con van Leon haqda nə deyə bilərsiniz?
- Holland mütəxəssisi bizə başqa klublara olduğu kimi, AFFA-da məsləhət görüblər. Düzünü deyim, hələ onu görməmişəm. Hətta, bilmirəm ki, o, Bakıdadır ya yox. O, bizə kömək üçün çağırılıb. Görək, nə olur.

- Bəs “Qarabağ”a belə bir adam lazımdır?
- Əgər AFFA-da belə hesab edirlərsə, biz gözləmək və bu qərarın nə dərəcədə haqlı olduğuna əmin olmaq qalır. Hollandiyalıya şərait yaradacağıq və əgər o, bizə kömək edə bilsə, yaxşı olacaq.

- Yəqin ki, holland mütəxəssis uşaq məktəbi üçün daha yaxşı şərtlər tələb edəcək. Axı siz onun haradan gəldiyini və vətənində nə ilə məşğul olduğunu bilirsiniz. Ona imkan verməyə hazırsınız?
- Hadisələri tələsdirməyək. Qoy əvvəlcə işinə başlasın. Düşünürəm ki, hollandiyalıdan mənfidən çox, müsbət qazanacağıq. İnfrastrukturumuzda çatışmazlıqlar olduğunu gizlətmirəm. Əminəm ki, Con van Leon başa düşür ki, Azərbaycan Hollandiya və ya Almaniya deyil. O, yəqin bilir ki, onu burada nə gözləyir. Biz öz növbəmizdə təcrübəli mütəxəssisin köməyi ilə infrastrukturumuzda çatışmazlıqları aradan qaldırmağa hazırıq.

- “Qarabağ” futbol Akademiyasının öz mütəxəssisi var. Bəs o, necə olacaq?
- Borçe Xristov kifayət qədər məşhur mütəxəssisdir. Təbii ki, o uşaq akademiyasına rəhbərlik etməyə davam edəcək. Sadəcə, indi onun yeni həmkarı olacaq. Düşünürəm ki, onlar işləyə biləcəklər.

- “Qarabağ” daha inamla çempionluğa doğru gedir. Klub rəhbərliyi bunu bayram etmək haqda artıq düşünüb?
- Planlar çoxdur. Çoxdan gözlədiyimiz çempionluğu layiqli qeyd etmək az əhəmiyyət kəsb etmir. Ancaq çempionluğu rəsmiləşdirməyincə, bunu bayram etməyə hazırlaşmaq, hesab edirəm ki, düzgün olmazdı. İndi yalnız qarşıdakı oyun haqda düşünürük.

- 32-ci turda “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hər şey ola bilər ki, prinsipial rəqib üzərində qələbə, çempionluğu rəsmiləşdirə bilər. Belə mövsüm üçün daha yaxşı yekun düşünmək olmaz.
- Biz öz prinsipial rəqibimizə hörmət edirik. “Neftçi” ilə rəqabət xoşdur. Ancaq, məhz hansı oyunda çempionluğu rəsmiləşdirməyin bizim üçün fərqi yoxdur. İndi bizim bir tapşırığımız var - “Rəvan”ı məğlub etmək.