10 aprel 2014 11:22
Rəvan Qarabağla matçın hazırlığına başladı
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ”ın qonağı olacaq "Rəvan” bu oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "Bayıl Arena”da bir araya gələn "aslanlar” ötən gün bir məşqlə kifayətləniblər.
Futbolçulardan yalnız hərarət səbəbi ilə məşqə qatılmayan Ayaz Mehdiyev baş məşqçi Güvənç Kurtarın sərəncamında olmayıb. Mehdiyevlə yanaşı, mikrozədələri olan Oke Akpoveta və Tyaqo Mirasemanın "Qarabağ”a qarşı forma geyinib-geyinməyəcəkləri oyun günü bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ” – "Rəvan” görüşü aprelin 12-də keçiriləcək. Matç saat 18:30-da başlayacaq.
