10 aprel 2014 11:00
Foqts: Almaniya yığmasının hələ bu qədər əla oyunçusu olmayıb
Millimizin baş məşqçisi Berti Foqts Almaniya yığmasını qarşıdakı DÇ-nin əsas favoritlərindən biri hesab edir. Azerisport.az Bild nəşrinə istinadən xəbər verir ki, Foqts bunları söyləyib:
“Almaniya yığmasının ixtiyarında hələ bu qədər əla oyunçuları olmayıb. Mən əminəm ki, komanda dördüncü dəfə dünya çempionu ola və Kuboku evə gətirə bilər”.
