10 aprel 2014 19:10
Böyükağa Hacıyev: İnterin yaxşı oyun sərgiləməsi bizi qorxutmur
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azərisport.az saytına açıqlamasında "İnter"lə oyun haqda danışıb: "İnter"lə matç bizim üçün adi çempionat görüşüdü. Paytaxt derbisi bizim üçün xal baxımından vacibdi. 3 xallıq fərqi 6-ya yüksəltmək istəyirik. Buna görə komandamız meydana yalnız qələbə üçün çıxacaq. Liderdən çox uzaq düşsək də, son tura qədər qələbəyə görə mübarizə aparacağıq. "İnter"in son turlar yaxşı oyun sərgiləməsi bizi qorxutmur. Əksinə, motivasiyamız yüksəkdi. "İnter"lə görüşdə qələbə hər zaman əhəmiyyətlidi. Matç çətin olacaq. Lakin "Neftçi"nin qələbə qazanacağına inanıram".
