10 aprel 2014 18:54
Əmircanov Neftçiyə qarşı oynamayacaq
"İnter" Topaz Premyer Liqasının 30-cu turunda qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda paytaxt derbisinə itkilərlə hazırlaşır.
Belə ki, Ruslan Əmircanov zədə səbəbindən sabiq komandasına qarşı oynaya bilməyəcək. Bu barədə saytımıza futbolçunun özü məlumat verib.
Komandanın digər futbolçusu Sezar Meza Kolli isə hazırda Almaniyadadı. O da zədədən əziyyət çəkdiyi üçün sözügedən ölkəyə əməliyyat olunmağa yollanıb.
