10 aprel 2014 17:15

Ruslan Abışov: Reynaldo və Flavinyonu yığmamıza cəlb etməyə dəyməz

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasının tarixində ilk dəfə FİFA reytinqində 85-ci pilləyə yüksəlməsini necə qarşıladınız?
- Ötən illərlə müqayisədə bu, çox böyük uğurdu. Amma biz daha yüksəkdə ola bilərdik.

- Yəni, bu, sizin üçün ən yaxşı göstərici deyil?
- Əlbəttə, yox. Biz daha yaxşısına nail ola bilərik.

- Nəyə?
- 85-ci pillədən yuxarıdakı istənilən pilləyə (gülür). Azərbaycan yığmasının səviyyəsi yüksəlib. Biz daha çox qələbə qazanmağa borcluyuq. O zaman reytinq mövqeyimiz də yaxşı olar. Bunun üçün isə futbolçularımız xaricdə oynamalıdılar. Ən azı 5-6 futbolçumuzun ölkədən kənarda oynaması lazımdı. Daha güclü yığmamızın olmasını istəyiriksə, futbolçularımızın legioner həyatı yaşamasına ehtiyac var.

- Amma bizim oyunçulardan hələ heç kim Avropada özünü göstərməyə qadir deyil...
- Fikrimcə, oyunçularımızın xarici klublarda çıxış etməsi üçün yaxşı menecerlərə ehtiyac var. Bizim qonşuları - erməniləri götürək. Onların demək olar ki, bütün yığma üzvləri xaricdə çıxış edirlər. Elə yeddi futbolçuları Rusiya Premyer Liqasında top qovur.

- Yığmamızın baş məşqçisi Berti Foqtsun ABŞ yığmasında çalışmasını necə qarşıladınız?
- Ona yeni işində uğurlar arzulayıram. Foqtsun oradakı işi müvəqqətidi. Sadəcə, dünya çempionatı zamanı bu komandaya kömək edəcək. Bizim isə həmin dövr üçün heç bir planımız yoxdu.

- Futbol ictimaiyyəti hazırda "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun Azərbaycan millisində çıxış etməsinin mümkünlüyünü müzakirə edir. Siz bu barədə nə deyə bilərsiz?
- Fikrimcə, buna dəymir. Ona qalsa, Flavinyonu da vaxtında yığmaya dəvət etmək lazım idi. Həmin mövqedə çıxış edə biləcək oyunçularımız var. Mən ümumiyyətlə, milliləşdirmənin əleyhinəyəm.

- Amma Reynaldo Flavinyodan daha güclüdü...
- O, "Neftçi"dəki ilk mövsümündə çox güclü təsir bağışlayırdı. İstənilən halda, bu barədə qərarı AFFA verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.