10 aprel 2014 16:30
İnter Koto xəbərlərini təkzib etdi
Özbəkistanın "Bunyedkor" futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Karlos Kotonun "İnter"in maraq dairəsində olduğu barədə xəbərlər yayılıb. Azerisport.az xəbər verir ki, artıq bu barədə klubun rəsmi saytı da açıqlama yayıb.
Açıqlamada bildirilir: "Məsələyə aydınlıq gətirmək məqsədilə əsas komandamızın baş məşqçisi Kaxaber Sxadadzeylə əlaqə saxladıq. Gürcüstanlı çalışdırıcı saytımıza açıqlamasında bildirdi ki, Karlos Koto ilə heç zaman maraqlanmayıb və həmin futbolçu "İnter"in hədəfində deyil".
