10 aprel 2014 15:38
Bakıda UEFA-nın mini-turniri keçiriləcək
Mayın 14-dən 16-na qədər Bakı şəhərində 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Mini-turnirdə Azərbaycan, Rusiya və İsrailin müvafiq yaş qrupuna daxil olan yığmaları iştirak edəcək.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
14 may, saat 14:00
Azərbaycan - İsrail
15 may, saat 14:00
İsrail - Rusiya
16 may, saat 14:00
Azərbaycan - Rusiya
Bütün oyunlar Bayıl stadionunda keçiriləcək.
