10 aprel 2014 01:40

ÇL-də son yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son qarşılaşmalar İspaniya və Almaniyada keçirilib.
 
Madrid "Atletiko"su digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bu oyunda ev sahibləri meydana nisbi üstünlüklə çıxmışdı. Belə ki, oyun qolsuz başa çatsaydı belə, “Atletiko” turu keçən tərəf olacaqdı. Buna görə də katalonların mütləq qola ehtiyacı vardı. Amma “Barsa”nın hücum xətti rəqibin müdafiəsini yara bilməyib. Əvəzində erkən qol vuran Madrid təmsilçisi adını yarımfinala yazdıran tərəf olub.

Digər oyunda isə "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Digər cütlük kimi, bu cütlük arasındakı ilk matç da 1:1 hesablı bərabərliklə başa çatmışdı. Amma proqnozçular bu matçda mankunyanlara şans tanımırdı. Çünki turnirin son qalibi və əla formada olan “Bavariya”nın tarixinin ən çətin mövsümlərindən birini keçirən “qırmızı şeytanlar”a qalib gəlməsinin çətin olmayacağı gözlənilirdi. Belə də oldu. Oyunda hesabı qonaqlar açsa da, 3 qol vuran almanlar yarımfinala vəsiqəni rəsmiləşdirdilər.
 
Qeyd edək ki, bir gün öncə İspaniyanın "Real" və İngiltərənin "Çelsi" klubları da ÇL-in yarımfinalına vəsiqə qazanmışdılar. Yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 11-də atılacaq.

Çempionlar Liqası
1/4 final
(cavab oyunları)
9 aprel
 
Atletiko (İspaniya) - Barselona (İspaniya) - 1:0 (İlk oyun - 1:1)
Qol: Koke, 5.

Bavariya (Almaniya) - Mançester Yunayted (İngiltərə) - 3:1 (İlk oyun - 1:1)
Qollar: Mandzukiç, 59, Müller, 68, Robben, 76 - Evra, 57.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.