10 aprel 2014 15:44
Flavinyonun İnterə qarşı oyunda iştirakı sual altındadır
“Neftçi” PFL-in 30-cu turunda “İnter”ə qarşı keçiriləcək oyuna hazırlığı davam etdirir. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Bakı” ilə oyunda zədələnmiş Flavinyo bütün həftə boyunca, fərdi proqramla məşq edib.
Futbolçunun “İnter”ə qarşı oyunda iştirakı sual altındadır.
Həmçinin, qeyd edək ki, “Flaqman”ın heyətində Karlos Kardoso sarı vərəqələr limitini aşdığından, oyunu buraxmalı olacaq.
