10 aprel 2014 14:50
Bazelin oyunçusu millimizlə oyunadək hazır olacaq
İsveçrənin "Bazel" klubunun müdafiəçisi İvan İvanov AÇ-2016-nın seçmə mərhələsinədək sıraya dönəcək. Azerisport.az xəbər verir ki, hazırda zədəli olan futbolçu onun müalicəsi ilə məşğuldu.
Ehtimallara görə, İvanov seçmə mərhələnin startınadək sıraya dönəcək və sentyabrın 9-da Bakıda keçiriləcək qarşılaşmada Azərbaycan yığmasına qarşı oynayacaq.
Qeyd edək ki, İvanov AÇ-2016-nın seçmə mərhələsindəki rəqibimiz Bolqarıstan yığmasının üzvüdü.
