10 aprel 2014 13:22
Foqts həftənin sonuna qədər Azərbaycanda olacaq
Millimizin baş məşqçisi Berti Foqts artıq bir neçə gündür ki, ölkəmizdədir və yeniyetmə liqalarında keçirilmiş bir neçə oyunu izləməyə macal tapıb. Azerisport.az xəbər verir ki, alman mütəxəssis TPL-in 30-cu turunun oyunlarını izləməyi də nəzərdə tutub.
Ancaq alman mütəxəssisin hansı oyunlara baş çəkəcəyi məlum deyil.
Foqts Almaniyaya aprelin 13-də dönəcək.
