10 aprel 2014 01:33

Qarabağın çempionluq mübarizəsinin beş nümunəsi

“Qarabağ” TPL-də ən yaxın izləyicisi “Neftçi”ni 10 xal qabaqlayır və son 21 il ərzində çempionluğun bircə addımlığında dayanıb. Azerisport.az TPL-də digər komandaların ”Qarabağ”dan nümunə götürəcəyi beş amili diqqətinizə çatdırır:

Sabit heyət. Dünya futbolunda çoxdan məlum olan bəzi amillər var. İlk növbədə bu, əlbəttə, əsas heyətə, komandanın özəyinə aiddir. Ancaq TPL-in heç də hər bir təmsilçisi adi tələblərə məhəl qoymur. Bəzən onlar yay və qış mövsümündə 15-20 transfer edir, sonra isə nəticəyə nail ola bilmədiyindən şikayətlər edirlər. “Qarabağ” bu mənada, həmişə nümunə ola bilib. Vaqif Cavadov və Rauf Əliyev kimi vacib oyunçuları ilə yollarını ayıran Qurban Qurbanov onları kimlə əvəzləyəcəyini bilir. Ən əsası isə, ətrafında oyunu qurduğu komandanın özəyini saxlayır. Bu, qələbənin ən vacib amillərindən biridir.

Dəqiq transfer siyasəti. Siz “Qarabağ”ın bu mövsümdə heç olmasa, bir uğursuz transferini xatırlayırsınızmı? Bütün yeni oyunçular Qurbanovun oyun sxeminə çox gözəl uyğunlaşdılar.  Çünki o, yetirmələrinin fərdi keyfiyyətlərindən asılı olmayan komanda oyunu qurur. Sözsüz, Qurbanov öz futbolçularını ən yaxşı keyfiyyətlərini qiymətləndirərək, onları “Qarabağ”ın ümumi oyun üslubuna uyğunlaşdırmağa çalışır və mövsümdən mövsümə onun səhvləri azalır. Sadəcə olaraq, baxmaq və anlamaq kifayətdir ki, son il yarımda Almeyda, Reynaldo, Çumbinyo, Corc kimi əcnəbilər “Qarabağ” üçün nə dərəcədə vacib oldular.

Rəhbərliyin dəstəyi. Qurbanov klub rəhbərliyinin daimi dəstəyini hiss edir. Hətta ağdamlılar avrokuboklarsız qaldıqda belə, onun komandanı tərk edəcəyi haqda şayiələr belə, yayılmadı. Təxminlər isə Qurbanovu “Qarabağ”dan yalnız yığmaya müəyyən edirdi ki, bu da onun əməyinin qiymətləndirilməsi  nöqteyi-nəzərindən təqdirəlayiqdir. Tez-gec Qurbanov nə vaxtsa millidə çalışacaq. Hadisələrin belə dönüşünə heç kim şübhə edə bilməz.
Hesabdan silmək olmaz. Təəssüf ki, əksər Azərbaycan klubları son mövsümlərdə uğursuzluqlar yaşayan oyunçulara saymazyana yanaşır. Ancaq “Qarabağ” bu mənada, hər halda, fərqlənir. Məsələn, İlqar Qurbanov. “Fənərbaxça”nın gənclər komandasının sabiq kapitanı. O, yığmaya nə vaxt çağırıldığını da unudub, ancaq “Qarabağ”da o, özünü hərtərəfli yaxşı futbolçu kimi göstərdi. Bütün mövsüm boyunca Qurbanov onu öyrəşmədiyi mövqedə - cinah müdafiəçisi kimi oynatdı. Ancaq İlqar Qurbanov karyerası boyunca daha çox komandanın hücum fəaliyyətinə kömək etməklə yadda qalıb.
Mövsümə erkən başlanğıc, fəlakət deyil. Bəzi azərbaycanlı məşqçilər üçün komandanın uğursuzluğuna bəraət, mövsümün erkən başlanğıcıdır. Bəlkə də bu, Avropa Liqasında uğurlu çıxışa rəğmən, nə vaxtsa “Qarabağ”a çempion olmağa mane olub. Ancaq bu mövsümdə “atçılar” öz səhvləri üstündə dəqiqliklə işlədilər və indi inamla liderlik edirlər. Komandanın çempionatda çıxışının rəmzi, sabitlik olub. Bu amilə əvvəllər “Qarabağ”da tez-tez rast gəlinmirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.